Nitq kompressiyası
1. İlkin mətnin heca həcminin ikinci dərəcəli informasiyalara malik nitq vahidləri hesabına kiçildilməsi və eyni zamanda leksik və qrammatik transformasiyalar hesabına qısaldılması. 2. Vəzifəni yerinə yetirərkən danışanın qarşıda qoyduğu məqsədə çatması üçün həcmi kiçiltmək bacarığı. Nitqin kompressiyası sinonimik yolla, yaxud ona yaxın olan deyim hissələrinin heca həcminin kiçildilməsinin, nitqin bəzi parçalarının buraxılması yolu ilə, yaxud əvvəlki parçaların məna məzmununun əvəz edilməsi, yaxud informasiyaya malik ünsiyyət situasiyasında olan, yaxud kommunikasiyanın vəzifəsi nöqteyi-nəzərdən izafisi. 3. Nitq kompressiyası sinonimik və ona yaxın söz birləşmələri və cümlələrin daha müxtəsər sözlər və söz birləşmələri və cümlələrlə əvəz edilməsi, nitq parçalarının buraxılmasıdır ki, o əvvəl verilmiş informasiyanı və məna vahidlərinin buraxılmasını əvəz edir, konkret ünsiyyət şəraitində ya izafidir, ya da kommunikativ vəzifənin yerinə yetirilməsi nöqteyi-nəzərdən aparılır. Nitq kompressiyası imkanı dilin izafi informasiyası ilə izah olunur.